Kataloq

                       "KİRPİ"  SATİRA - YUMOR  PORTALI - WWW.KİRPİ.BİZ

FELYETONLAR

QONŞULARIN SÖHBƏTİ

--Az, ay Xeyransa bajı, deyirdin sancılanmısan, nətər oldu, həkimə getdinmi?
--Ay Gülnisə bajı indi həkimə getməkmi olur? Pensiyamdan 20 manat saxladım ki, həkimə gedim. Getdim. Qapıda duran qız dedi ki, analizlər və aparatlar 300 manata çıxacaq. Nəvəm gedib qridit aldı. Yenidən getdim həkimə. O ora göndərdi, bu bura göndərdi. 300 manat yarımca saatın içərisində mələdi, getdi. Axırda həkim heç bilmədi ki, mənə noolub? Götürüb xala xətrin qalmasın bir resep yazdı. Dedi ay xala filan aptekə get haaa. Yoxsa bu dərmanları başqa yerdə tapmazsan. Elə dediyi aptekə getdim. Aptekdəki qız üzümə baxanda hiss elədim ki, mənə yazığı gəldi. Dedim ay qızım, dərmanımı ver, çıxım gedim. Dedi ay xala, dərmanların 284 manata başa gəlir. Ordan çıxıb evə nətəhər getdim, özüm də bilmədim. Dərmanları ala bilmədim. O gündən qorxumdan heç ağrımıram da...
 

SARI SALMANIN QEYDLƏRİ

Sarı Salman adı ilə məşhur olan Salman kişi dostlarla çay içəndə həmişə hansısa çatışmazlıqdan danışardı. Ona görə də kişini “demaqoq” adlandırırdılar.
Bir dəfə Salman kişi Fəhlə prospekti ilə üzü “Nargilə” kafesinə tərəf yolun sağı ilə piyada addımlayırdı. Görür ki, vaxtilə kəsilmiş ağacların yerində balaca ağaclar əkiblər. Özü də hər ağaca bir kitab böyüklükdə lövhə bağlayıblar. Yeni əkilmiş, lakin qurumuş bir ağaca yaxınlaşır. Lövhənin üzərindəki yazını oxuyur. Orada 25 saylı tam orta məktəbin direktoru Nəbi Ağayev yazıldığını görüb şaqqanaq çəkib gülür.
--Vay dədə!!! Vaxtilə Sarayev küçəsində kütləvi surətdə 70-120 yaşlı ağacları doğrayıb yerində kafe tikən o ürəkli, ciyərli kişinin adın niyə bir yerə yazan yoxdur?
 Başını bulayıb yoluna davam etdi...