"KİRPİ" SATİRA - YUMOR PORTALI

    Haqqımızda

     

    Əlizadə Əjdər Cəbrayıl oğlu 1953-cü ildə Ağdam şəhərində anadan olmuşdur. İxtisasca jurnalist, mühəndis, “Tibet” Şərq Təbabəti (Nəbzlə diaqnostika və təbii üsullarla müalicə) mütəxəssisidir. Yazıları “Trud”, “İnşaatçı”, “Xalq”, Ağdamın “Lenin Yolu” qəzetlərində dərc olunmuş, oçerk və reportajları Ağdam Yerli Radio Verilişləri Redaksiyasında mütəmadi səsləndirilmişdir. Gündəlik çıxan “İki Sahil” qəzetində işlədiyi 4 il ərzində 2 mindən çox məqalələri dərc  olunmuşdur. 2001-ci ildən “Kirpi” Satira Yumor Jurnalında felyeton şöbəsinin redaktorudur. 1983-cü ildən SSRİ Jurnalistlər İttifaqının, 1993-cü ildən isə Azərbaycan Jurnalistlər birliyinin üzvüdür. Həsənbəy Zərdabi adına Diplom və “Qızıl Qələm” Fəxri Media Mükafatı laureatıdır. Tikinti sahəsində Səmərələşdirici təkliflər müəllifidir. Ailəlidir, 2 oğul və 2 qız atasıdır. “Sevgi də bir dünyadır” – adlı sevgi şeirləri kitabının müəllifidir. “Qəzəllər” – müəllifin sayca ikinci kitabıdır. Sayca üçüncü - “Vətənimi sevə-sevə yaşadım” adlı kitabı çapa hazırdır. 
    2008-2014 illərdə "Kirpi" satira-yumor jurnalını tərənnüm edən www.kirpi.biz - web - saytının təsisçisi və administratoru olmuşdur.
    26.06.2018-ci il tarixdən beynəlxalq www.kirpi.biz domenini yenidən almış, "Kirpi" Satira-Yumor Portalının təsisçisi və rəhbəri olmuşdur.

    http://kirpi.ucoz.net/men