"KİRPİ" SATİRA-YUMOR PORTALI-WWW.KİRPİ.BİZ

                                     HAQQIMIZDA

 

                              RAST GƏLDİYİNİZ PROBLEMLƏR HAQQINDA BİZƏ MƏLUMAT VERƏ BİLƏRSİNİZ. MƏXFİLİYƏ TAM TƏMİNAT VERİLİR.

ADINIZ:  
EL. ÜNVANINIZ:  
ŞƏHƏR  
İSMARICINIZ  
ŞƏKİL VƏ YA VİDEO  
gallery/mən-555

Əlizadə Əjdər Cəbrayıl oğlu 1953-cü ildə Ağdam şəhərində anadan olmuşdur. İxtisasca jurnalist, mühəndis, “Tibet” Şərq Təbabəti (Nəbzlə diaqnostika və təbii üsullarla müalicə) mütəxəssisidir. Yazıları “Trud”, “İnşaatçı”, “Xalq”, Ağdamın “Lenin Yolu” qəzetlərində dərc olunmuş, oçerk və reportajları Ağdam Yerli Radio Verilişləri Redaksiyasında mütəmadi səsləndirilmişdir. Gündəlik çıxan “İki Sahil” qəzetində işlədiyi 4 il ərzində 2 mindən çox məqalələri dərc  olunmuşdur. 2001-ci ildən “Kirpi” Satira Yumor Jurnalında feiyeton şöbəsinin redaktorudur. 1983-cü ildən SSRİ Jurnalistlər İttifaqının, 1993-cü ildən isə Azərbaycan Jurnalistlər birliyinin üzvüdür. Həsənbəy Zərdabi adına Diplom (2003) və “Qızıl Qələm” Fəxri Media Mükafatı (1983, 2003) laureatıdır. Tikinti sahəsində Səmərələşdirici təkliflər müəllifidir. “Sevgi də bir dünyadır” – adlı sevgi şeirləri kitabının müəllifidir. “Qəzəllər” – müəllifin sayca ikinci kitabıdır. Sayca üçüncü - “Vətənimi sevə-sevə yaşadım” adlı kitabı çapa hazırdır. Ailəlidir, 2 oğul və 2 qız atasıdır. 2008-2014-cü illər, və yenidən 2018-ci ildən WWW.KIRPI.BIZ web saytının rəhbəridir.